EN

Harri Keyndən yeni rekord

“Bavarya”nın ingilis futbolçusu Harri Keyn unikal rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, münxenlilər doğma meydanda "Verder Bremen" klubunu qəbul edib və 4:0 hesabla qalib ayrılıb. Görüşdə qollardan 2-sini vuran ulduz hücumçu 2 yeni rekorda imza atıb.

O, "Bavariya” forması ilə 100 qola çatıb və bu saya 104 oyunda nail ola bilib. Sezar pizza

Bununla da ulduz forvard həm "Bavariya" klubu tarixində, həm də Avropa futbolu tarixində 100 qola ən erkən çatan futbolçu olub. 

Ona qədər Avropada rekord 105 oyunda 100 qola çatan Kristiano Ronaldo ("Real Madrid") və Erlinq Haalandda ("Mançester Siti") olub.

 

 


Telegram kanalımız
Chosen
10
2
yenisabah.az

10Sources