27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb...
"Report" xəbər verir ki, səhər saatlarından etibarən vətəndaşlar ziyarət məkanına gələrək şəhidlərin əziz xatirəsini ehtiramla yad edirlər.
Qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi ilə 44 gün ərzində Azərbaycan əraziləri işğaldan azad olunub.
Poliqon.info