BAKI, 27 sentyabr. TELEQRAF
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və xidmətin rəhbərliyi, ali zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Teleqraf xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.