Azərbaycanda təşkil olunan III MDB Oyunları çərçivəsində bu gün növbəti yarışlar keçiriləcək.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, Qəbələ Olimpiya Kompleksində oğlanlar və qızlardan ibarət stolüstü tennisçilər arasında komanda yarışının final görüşləri, həmçinin fərdi yarışın 1/4 final və yarımfinal görüşləri baş tutacaq.
Bu gün həmçinin 16 yaşadək futbolçular arasında qrup mərhələsinin ilk görüşləri keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Rusiya və Belarus qarşılaşacaq.
Qeyd edək ki, yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.
III MDB Oyunları AzÉ™rbaycanın yeddi ÅŸÉ™hÉ™rindÉ™ – GÉ™ncÉ™, Yevlax, Mingəçevir, QÉ™bÉ™lÉ™, Şəki, Göygöl vÉ™ XankÉ™ndidÉ™ təşkil olunacaq. Açılış mÉ™rasimi sentyabrın 28-dÉ™, baÄŸlanış mÉ™rasimi isÉ™ oktyabrın 8-dÉ™ GÉ™ncÉ™ ÅŸÉ™hÉ™r stadionunda baÅŸ tutacaq.Â
Müəllif Səbuhi Həsənov