EN

“Qızıl top” Dembelenin həyatında nəyi dəyişib?

Fransa millisinin və PSJ klubunun hücumçusu Usman Dembele “Qızıl top” mükafatını qazandıqdan sonra həyatınıda nəyin dəyişdiyi barədə danışıb.

İdman.biz xəbər verir ki, keçən mövsüm Dembele klub səviyyəsində bütün yarışlarda 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə verib.

“Mənim üçün heç nə dəyişməyib. Hər oyunda, hər məşqdə həmişə olduğu kimi yaxşı oynamağa çalışacağam. Komandaya kuboklar qazanmaqda kömək etməyə çalışacağam, çünki klubla tarix yazmağa davam etməliyik. Gənc heyətimiz var, qarşıda bizi uzun illər gözləyir. Hamımız yaxın illərdə yeni mükafatlar, titullar qazanmaq istəyirik”, - hücumçu bildirib.

Forvard PSJ ilə Fransa çempionu, ölkə kuboku və superkuboku, həmçinin Çempionlar Liqasının qalibi olub.

İdman.biz

Chosen
29
1
idman.biz

2Sources