EN

Əvvəl göl, indi göydələn? - Yasamalda qalmaqallı tikinti faciə ilə nəticələnə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 190 ünvanında yaşayan sakinlər iddia edirlər ki, yüksək qrunt suları olan ərazidə 19 mərtəbəli yaşayış kompleksi inşa edilir.
Onlar bildirirlər ki, həmin ərazidə əvvəllər göl olub və hazırda isə binanın təməlinin altından yeraltı çay keçir. Sovet dövründə geoloqlar burada maksimum dördmərtəbəli tikiliyə icazə verilə biləcəyini deyiblər. Yeni tikinti təkcə gələcək sakinlər üçün deyil, həm də yaxınlıqdakı evlər üçün təhlükə yarada bilər.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayevin sözlərinə görə, yüksək qrunt suları olan və ya keçmişdə göl, çay yatağı olmuş ərazilərdə çoxmərtəbəli binaların inşası böyük risk daşıyır:
"Belə torpaqlarda təməl kifayət qədər dayanıqlı olmadığı üçün tikili zamanla çökmə və ya oturma ilə üzləşə bilər. Bu isə yalnız həmin binanın sakinləri üçün yox, yaxınlıqdakı evlər üçün də təhlükə yarada bilər. Belə yerlərdə tikinti aparmaq üçün mütləq müstəqil geoloji ekspertiza rəyinə ehtiyac var. Əgər tikinti davam etdiriləcəksə, bu, yalnız xüsusi mühəndislik tədbirləri - dərin bünövrə, svaylar, gücləndirilmiş su izolyasiyası və drenaj sistemlərinin tətbiqi ilə mümkündür".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sözügedən ərazidə tikinti şirkəti çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verən sənədlər təqdim etmədiyindən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sentyabrın 4-də işlərin dayandırılmasına dair qərar verilib. Qərarın icrasına nəzarət edilməsi üçün onun surəti aidiyyəti orqanlara göndərilib.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
48
50
oxu.az

10Sources