EN

“Bosch” tezliklə Almaniyada əlavə 13 min iş yerini ixtisar edəcək


Almaniyanın “Bosch” şirkəti çox sayda iş yerlərinin ixtisar ediləcəyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, şirkət Almaniyadakı fabrik və ofislərində 13 min iş yerini ləğv edəcək.
“Elektrikli avtomobillər və daxili yanma mühərrikləri üçün komponentlər istehsal edən fabriklərə əlavə olaraq, həm mərkəzi, həm də satış şöbələri təsirlənəcək”, - “Robert Bosch GmbH”nin İnsan Resursları üzrə Baş Mütəxəssisi Stefan Qroş deyib.
Qeyd edək ki, şirkət daha əvvəl 9 min iş yerini ixtisar edərək, ümumi sayının 22 min nəfərə çatdığını elan edib.
Chosen
15
yeniavaz.com

1Sources