EN

İmişli DYP rəisi vəzifəsindən azad edildi

Ötən gün İmişli rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsindən azad olunub.

News24.az xəbər verir ki, polis mayoru Emin Axundov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

Qeyd edək ki, bu il yanvarın 18-də İmişlidə yol polisinin törətdiyi qəza nəticəsində 3 məktəbli həyatını itirib. Baş vermiş hadisə ilə bağlı sakinlər etiraz aksiyası keçirib. "İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib" - DİN-in yaydığı məlumatda bildirilib. (Teleqraf.az)




Chosen
32
11
news24.az

10Sources