EN

Tramp Marşrutu Cənubi Qafqazı heç vaxt olmadığı qədər inteqrasiya olunmuş edəcək — CPC prezidenti

Bakı. Trend:

Tramp Marşrutu (TRIPP) Cənubi Qafqaz regionunu heç vaxt olmadığıqədər inteqrasiya olunmuş edəcək.

Trend xəbər verir ki, bunuCaspian Policy Center-in (CPC) prezidenti Əfqan Nifti Nyu-YorkdaCPC-nin Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyialtıncı illik Xəzər Biznes Forumunda bildirib.

Nifti öz çıxışında ötən il regionda baş verən əhəmiyyətlihadisələrə toxunub. O, Ermənistan və Azərbaycan arasında tarixisülh sazişinin paraflanmasının, ABŞ Prezidenti Donald Trampınşahidliyi ilə baş tutduğunu vurğulayaraq, bunun Cənubi Qafqazın vəümumilikdə Xəzər regionunun böyük potensialının reallaşdırılmasınaimkan açdığını deyib.

“ABŞ-ın vasitəçiliyi ilə əldə olunan Ermənistan–Azərbaycanrazılaşması yalnız siyasi sabitlikdə irəliləyiş deyil, həm dəiqtisadi qarşılıqlı əlaqələrin yeni bir dövrünün başlanğıcıdeməkdir. Beynəlxalq sülh və firavanlıq üçün Tramp Marşrutunun,yaxud Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz heç vaxtolmadığı qədər inteqrasiya olunmuş olacaq. Bu marşrut yükdaşımamüddətini 40 faizədək azalda, həcmi 15 milyon tona çatdıra vətransformativ artımı təmin edə bilər — o cümlədən ErmənistanınÜDM-nin iki il ərzində 30 faiz artacağı, eləcə də Azərbaycanınqeyri-neft sektorunda davamlı inkişafın əldə olunacağıproqnozlaşdırılır”, — deyə Nifti qeyd edib.

CPC prezidenti həmçinin Xəzər regionunda nəqliyyat əlaqələrininartan rolunu vurğulayıb: “Orta Dəhliz Asiyanı Avropa iləbirləşdirən həyati arteriyaya çevrilməyə davam edir. Əvvəllərikinci dərəcəli hesab olunan bu marşrut son illərdə əvəzolunmazolub, xüsusən də Rusiyadan keçən marşrutların sanksiyalar səbəbiləməhdudlaşması və Yaxın Şərqdə münaqişələrə görə dəniz ticarətininçətinləşməsi fonunda”.

Nifti, həmçinin, ABŞ-ın Xəzər regionunun işgüzar və dövlətsəviyyəsində işlərinə artan diqqətini də vurğulayıb: “Bu ilinəvvəlində ExxonMobil Azərbaycanın SOCAR şirkəti ilə qurudakarbohidrogenlərin hasilatı və kəşfiyyatının genişləndirilməsi üzrəsaziş imzaladı. Chevron Qazaxıstandakı Tengiz yatağınınişlənməsinin 48 milyard dollarlıq genişləndirilməsi layihəsini elanetdi — bu, dünyanın ən böyük enerji layihələrindən biridir. Bizdigər şirkətlər tərəfindən də oxşar sərmayələri müşahidə edirik.Bununla yanaşı, bu ayın əvvəlində Vaşinqton TRIPP layihəsinininkişafı üçün 145 milyon dollar ayırdı — bu, genişlənən əlaqəlilikvə firavanlıq üzərində qurulmuş gələcək üçün mühüm biravansdır”.

Onun sözlərinə görə, bütün bu dəyişikliklər regionaləməkdaşlığın dərinləşməsinə və biznes üçün əvvəllər təsəvvürolunmayan imkanların açılmasına xidmət edir.

Chosen
20
1
az.trend.az

2Sources