EN

UFC əfsanəsi: “Həbibi döyüşə çağırmaq Roma Papasını dəvət etmək kimi bir şeydir”

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

UFC-nin iki çəki dərəcəsində keçmiş çempionu Daniel Kormye bildirib ki, Həbib Nurməhəmmədov bir daha oktaqona ayaq basmayacaq.

İdman.biz xəbər verir ki, amerikalının fikrincə, Həbibin mümkün dönüşü ilə bağlı bütün söhbətlər əsassızdır.

“Həbibin yenidən döyüşəcəyini düşünmək reallıqdan çox uzaqdır. Həbib ona 40 milyon dollar təklif edildiyini və bunu rədd etdiyini deyəndə anladım: bu oğlan heç vaxt geri qayıtmayacaq. Onu çağırmaq Roma Papasını çağırmaq kimi bir şeydir... o döyüşməyəcək”, - Kormye deyib.

Nurməhəmmədovun 37 yaşı var. O, sonuncu dəfə 2020-ci ilin oktyabrında “UFC 254”də döyüşüb, o, üçüncü dəfə yüngül çəkidə titulunu qorumaq üçün Castin Qeycini məğlub edib. Həbib 29-0 rekordu ilə karyerasını məğlubiyyətsiz başa vurub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
icma.az

2Sources