Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, girovların azad olunması və HƏMAS qruplaşmasının silahlarını yerə qoyması halında İsrail Qəzzada atəşkəsə hazırdır.Turkustan.az xəbər verir ki, Netanyahu bu fikirləri BMT Baş Assambleyasındakı çıxışı zamanı səsləndirib.“HƏMAS-ın qalan liderlərinə və girovları saxlayanlara səslənirəm: silahlarınızı yerə qoyun. Mənim xalqımı azad edin. Girovların hamısını — 48 nəfəri dərhal sərbəst buraxın. Bunu etsəniz, yaşamaq şansınız olacaq. Əgər etməsəniz, İsrail sizi ovlayacaq... HƏMAS bizim tələblərimizlə razılaşarsa, Qəzzada müharibə dərhal dayandırıla bilər”, – deyə Netanyahu bildirib.Baş nazirin sözlərinə görə, əsir götürülən 48 İsrail vətəndaşından azı 20 nəfərin sağ olduğu məlumdur. Netanyahu həmin şəxslərin adlarını da qeyd edib.O, çıxışında həmçinin İranın nüvə və raket proqramlarının məhv edildiyini bəyan edib və ABŞ-ın keçmiş prezidenti Donald Trampa, İranla qarşıdurmada İsrailə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.Netanyahu beynəlxalq ictimaiyyəti də İranın nüvə hərbi potensialını bərpa etməsinə imkan verməməyə çağırıb.Qeyd edək ki, Netanyahu bu çıxışını BMT Baş Assambleyasının demək olar ki, boş zalında edib. Nümayəndə heyətlərinin əksəriyyəti, İsrailin Qəzzada apardığı hərbi siyasətə etiraz əlaməti olaraq zalı tərk ediblər.
Aytən Yaşar/ Turkustan.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.