EN

Zahid Oruc: "Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın sülh konsepsiyasını dünyaya təqdim etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışı qlobal çağırışlara cavab olaraq Azərbaycanın mövqeyini və ölkənin sülhə dair konsepsiyasını əks etdirir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Onun sözlərinə görə, BMT Baş Assambleyasının 80-ci sessiyası qlobal təhlükələrin artdığı bir dövrdə keçirilir:
"Prezident İlham Əliyevin bu sessiyada səsləndirdiyi fikirlər yalnız Azərbaycan üçün yox, həm də dünya üçün mühüm məna daşıyır".
Deputat vurğulayıb ki, Prezidentin nitqi təkcə ölkəmizin son 30 ildə keçdiyi yolu əks etdirmir, həm də bugünkü qlobal çağırışlara cavab verən, sülhə xidmət edən bir konsepsiyanı dünyaya təqdim edir:
"İlham Əliyevin çıxışı Heydər Əliyevin vaxtilə BMT kürsüsündən səsləndirdiyi sülh çağırışlarının davamıdır və sülhün yalnız xoşməramlı ifadə yox, ədalətə və beynəlxalq qanunlara söykənən prinsip olması fikrinin təcəssümüdür".
O qeyd edib ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə ilə yeni reallıq yaradıb və bu reallıq beynəlxalq səviyyədə də qəbul olunur:
"Müharibənin aparılmasında beynəlxalq humanitar hüquqa riayət olunub və bu, Azərbaycanın mövqeyini gücləndirib. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və digər nəqliyyat-logistika layihələri regionda iqtisadi-ticari əlaqələri gücləndirəcək və diplomatik tanıma prosesinə töhfə verəcək".
Millət vəkili, həmçinin bildirib ki, sülh prosesi hələ kövrəkdir və onun möhkəmləndirilməsi üçün uzunmüddətli iş, dialoq, veteranların, ziyalıların və ekspertlərin fəal iştirakı vacibdir:
"Sülhün dayanıqlı olması üçün nifrət nitqlərindən, revanşist çağırışlardan, qarşılıqlı inkar və düşmənçiliyi gücləndirən ideologiyalardan uzaq durmaq lazımdır. Azərbaycan öz taleyini özü müəyyənləşdirir və artıq regionda yeni sülh arxitekturasının qurulması istiqamətində addımlar atılır. Bu prosesin möhkəmlənməsi üçün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə kommunikasiya və layihə işləri davam etdirilməlidir".
Məhərrəm Əliyev
Chosen
13
50
oxu.az

10Sources