EN

Slovakiya Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketini bloklayacaq

Slovakiya Rusiyaya qarşı yeni, 19-cu sanksiya paketinin müzakirələri zamanı Avropa İttifaqının tətbiq etməyi planlaşdırdığı məhdudiyyətləri bloklayacağını bildirib.

APA xəbər verir ki, bu barədə “RBC-Ukraina” "Azadlıq Radiosu"nun jurnalisti Rikard Yozvyakinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin səfirləri bu gün sanksiya paketi barədə ilk dəfə müzakirə aparıblar. Lakin Slovakiya dərhal bildirib ki, bu paketi bloklayacaq.

“Yəqin ki, növbəti həftə Kopenhagendə keçiriləcək sammitlərdən əvvəl “yaşıl işıq” olmayacaq. Slovakiya hələlik bloklayır”, - Yozvyak qeyd edib.

Qeyd edək ki, Avropa Komissiyası 19 sentyabr tarixində Avropa İttifaqına üzv ölkələrin müzakirəsinə Rusiyaya qarşı 19-cu sanksiya paketini təqdim edib. Paketdə 1 yanvar 2027-ci ilədək Rusiyadan qaz idxalının dayandırılması da nəzərdə tutulur.

Chosen
27
2
apa.az

3Sources