Milli.Az xəbər verir ki, CNN-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Brayan Nikkol bildirib. Bağlanacaq mağazalar "Starbucks"ın ümumi şəbəkəsinin təxminən 1 faizini təşkil edir. Hazırda Şimali Amerikada 18 734 mağazası olan şirkət, sentyabrın sonuna qədər bu rəqəmin 18 300-ə düşəcəyini açıqlayıb.
Brayan Nikkolun sözlərinə görə, qəhvəxanalar "sosial həyatın mühüm məkanlarıdır və onların hər hansı birini bağlamaq asan deyil". Bildirilir ki, bağlanacaq mağazalar əsasən az səmərəli fəaliyyət göstərənlərdir.
Bununla yanaşı, "Starbucks" əlavə olaraq 900 nəfərin işdən çıxarılacağını təsdiqləyib. Şirkət təsirə məruz qalan işçilərə kompensasiya və dəstək proqramları təqdim ediləcəyini, həmçinin mövcud vakansiyalara yönləndiriləcəklərini bildirib.