EN

III Beynəlxalq Nəsimi Festivalına dair  son gecə keçirildi

Dünən Bakıda “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda III Beynəlxalq Nəsimi Festivalının möhtəşəm bağlanış mərasimi keçirilib.  “Söz” Multisiplinar İncəsənət Mərkəzinin rəhbəri şair Nigar Həsənzadənin ideya müəllifliyi və quruluşçu rejissorluğu , Azərbaycan Respublikası Mədəniyət nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən son gecədə göörkəmli klassik şairimiz və mütəfəkkirimiz İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı tamaşaçılara unudulmaz  proqram təqdim edilib.

Qonaqları salamlayan AYB-nin üzvü, şair Nigar Həsənzadə tədbirin böyük şairimizin ruhi-mənəvi aləminə uyğun keçirilməsinin vacibliyinə toxunaraq bu işdə onlara təşkilati dəstək göstərdiklərinə görə Mədəniyyət nazirliyinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi.  
Gecədə Mahir Ordubadinin bədii rəhbəri olduğu “Savalan” musiqi qrupunun bu festival üçün xüsusi yazılmış ruhani proqramı təqdim edildi. Bütün ifalar, o cümlədən “Qafil oyan” mahnısının yeni interpretasiyası, ilk dəfə səsləndirildi.

Söz və musiqinin bir araya gəldiyi gecədə tanınmış qiraətçi Xəzər Süleymanlı, müğənni və bəstəkar Aisel, gənc istedadlı müğənni Azər Çələbi, Əməkdar artist Qasım Nağı, eləcə də ideya müəllifi  şair Nigar Həsənzadənin özü tamaşıçılara xoş anlar yaşatdı.  Musiqi rəhbəri və solist İffət Əskərovun çıxışı, həmçinin Nailə Məmmədzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyası tələbələrinin səhnə performansı alqışlarla yadda qaldı.  Vizual məxsusluğu artıran incə detallar isə Vüsal Rəqim tərəfindən tətbiq olundu — onun səhnə dekorları və kostyum konsepsiyaları qədim ruhu və minimalist estetikanı birləşdirərək gecəyə əlavə ruh qatdı.

XQ

Chosen
18
1
xalqqazeti.az

2Sources