EN

Netanyahu HƏMAS dan dərhal silahları yerə qoymağı tələb edib

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

BMT Baş Assambleyasında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatından dərhal silahlarını yerə qoymağı və israilli girovları azad etməyi tələb edib.

Bizimyol.info xəbər verir ki, bunun müqabilində o, radikalların həyatını xilas edəcəyini və Qəzza zolağında hərbi əməliyyatlara son qoyacağını vəd edib.

Netanyahu iddia edib ki, onun mesajı təkcə İsrail-Qəzza sərhədində quraşdırılmış səsgücləndiricilər vasitəsilə deyil, həm də “İsrail kəşfiyyatının xüsusi səyləri sayəsində” birbaşa Həmas liderlərinin mobil telefonlarına da ötürülür.

“İndi mən sizə deyirəm: silahlarınızı yerə qoyun, mənim xalqımı buraxın, girovları, 48 nəfərin hamısını elə indi buraxın. Bunu etsən, yaşayacaqsan. Yoxsa, İsrail hamınızı tutub məhv edəcək. HƏMAS bizim tələblərimizlə razılaşarsa, müharibə elə indi başa çata bilər”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
icma.az

2Sources