EN

“Fənərbaxça” Tedeskonu da istefaya göndərir?

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Fənərbaxça” yeni baş məşqçisi Domeniko Tedesko ilə yolları ayıra bilər.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisi sentyabrın 9-da müqavilə imzaladığı 40 yaşlı italyan-alman mütəxəssisin rəhbərliyi altında keçiridiyi 4 oyunda cəmi 1 qələbə qazanıb.

Türkiyə mətbuatının yazdığına görə, bu nəticə klubun yeni prezidenti Sadettin Saranın da narazılığına səbəb olub. Məlumata görə, “Alanyaspor” və “Kasımpaşa” ilə heç-heçələrdən sonra Avropa Liqasında “Dinamo” Zaqreblə matçdakı məğlubiyyət (1:3) baş məşqçi Tedeskonun bu vəzifədə qalmasını təhlükə altına salıb.

“Sözcü” qəzetinin yazdığına görə, “Sarı-göylər”in prezidenti Sadettin Saranın Domeniko Tedeskonun yerinə düşündüyü namizəd isə klubun sabiq baş məşqçidi Aykut Kocamandır.

Xatırladaq ki, Tedesko "Fənərbaxça"da istefaya göndərilən Joze Mourinyonu əvəzləyib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
qol.az

3Sources