EN

Azərbaycanla tanışlıq üçün ilk oranı seçdi - VİDEO

ABŞ-nin Azərbaycandakı Səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlon ölkəmizin mədəniyyəti ilə tanışlıq məqsədilə ilk olaraq Atəşgah məbədini seçib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında paylaşım edilib. 

Bununla yanaşı, paylaşımda E.Karlonun məbəddə lentə alınan ilk videomüraciəti də yer alıb. 

ABŞ-nin Azərbaycandakı yeni missiyasının rəhbərinin müavini öz videomüraciətində iki ölkənin 30 ildən çoxdur tərəfdaş olduğunu diqqətə çatdırıb: “Biz birlikdə terrorizmlə mübarizə aparmışıq, enerji təhlükəsizliyini inkişaf etdirmişik və hər iki ölkə üçün rifah yaratmışıq”.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ üçün tarixi bir anda ölkəmizdə olmaq onun üçün böyük şərəfdir: “Ağ Evdə avqustun 8-də sülh razılaşması təşəbbüsünün irəli sürülməsi Cənubi Qafqaz bölgəsi üçün cəsarətli yeni bir səhifənin başlanğıcını qoydu. ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmağa yardım etməyə sadiqdir. Bu sülh yolunu möhkəmləndirməklə Cənubi Qafqazın ticarət, tranzit və enerji mərkəzi kimi böyük potensialını açırıq. Bu da özlüyündə gələcək iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir.

Vaşinqtonda prezidentlər Donald Tramp və İlham Əliyevin imzaladığı Anlaşma Memorandumu ABŞ-Azərbaycan strateji tərəfdaşlığının yaradılması istiqamətində ilk addımdır və ümid edirik ki, bu, ortaq maraq doğuran məsələlər üzrə əlaqələndirməni gücləndirəcək”.

Diplomat vurğulayıb ki, növbəti 3 il ərzində məqsədi iki ölkə arasında münasibətləri daha da gücləndirmək, regionda sülh prosesini dəstəkləmək, həm amerikalılar, həm də azərbaycanlılar üçün faydalı olacaq ortaq iqtisadi imkanları təşviq etməkdir.

"Cebheinfo.az" 

Chosen
25
2
cebheinfo.az

4Sources