EN

Arzu Nağıyev: "Prezident çıxışında diplomatik və beynəlxalq əməkdaşlıqda hansı addımların atılacağını qeyd etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Prezident İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxışın əsas süjet xətti sülh gündəliyi, BMT-dən sülh gözləntisi, lakin sülhün özümüz tərəfindən bərqərar olması məsələsi idi".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Millət vəkili bildirib ki, Prezident BMT tribunasından etdiyi çıxışında əsas məqamlar tarixi ədalət və Ermənistanın işğalçılıq siyasəti barədə oldu:
"Dövlət başçısı çıxışında Ermənistanın illər boyunca həyata keçirdiyi etnik təmizləmə, hərbi cinayətlər, Azərbaycana qarşı törədilmiş faciələrdən, terrorlardan danışdı.
Azərbaycan Prezidenti 1993-cü ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsindən sitatlar gətirdi, lakin bunların icra olunmamasının səbəblərini göstərdi.
Eyni zamanda, o, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin deklorativ bəyanatlardan o yana keçmədiyini qeyd etdi. BMT qətnaməsini məhz Azərbaycan xalqının özünün həyata keçirdiyini, müdafiə hüquqlarından istifadə edərək müharibə yolu ilə torpaqlarımızı azad etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Ermənistan kapitulyasiya aktına imza atdı.
Təbii ki, müharibədən dərhal sonra sülh danışıqları başlamaq, kommunikasiyaları yenidən bərpa etmək və son məqamda qaçqın və məcburi köçkünlərimizi doğma yurdlarına qaytarmaq ən mühüm məsələ idi. Bu istiqamətdə diplomatik və beynəlxalq əməkdaşlıqda hansı addımların atılacağını Prezident öz çıxışında qeyd etdi.
Ölkə başçısı, eyni zamanda, Amerika Birləşmiş Ştatları Konqresinin 907-ci düzəlişini misal çəkdi, düzəlişin ləğv edilməsinin etimaddan doğulduğunu dedi. Beynəlxalq sülh və rifah Tramp marşrutu təşəbbüsü, Zəngəzur dəhlizi məsələsi çıxışda strateji bir istiqamət oldu.
Bir sözlə, Prezident İlham Əliyev çıxışını Azərbaycanın dünyaya təqdimatı və onun təcrübəsini bölüşməsi ilə tamamladı".
Samir Əli
Chosen
8
50
oxu.az

10Sources