EN

Uşaq evindəki qalmaqalla tanınan Məhəmməd həbs edildi

Bakıda 3 saylı Uşaq Evindəki qalmaqalla tanınan 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev həbs edilib.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, adıçəkilən uşaq evində böyüyən və sonradan 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən M.Hacıyev 13 yaşlı oğlana qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib.

İttihama görə, o, 3 saylı Uşaq Evində olarkən 2012-ci il təvəllüdlü oğlana zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib.

M.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq başa çatdırıldıqdan sonra iş məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən Məhəmməd Hacıyev ittihamları qəbul etməyib və 3 saylı Uşaq Evində baş verən neqativ hallar barədə açıqlamalar verdiyi üçün şərləndiyini deyib. O, ittihamlardan xəbərsiz olduğunu bildirib.

Prosesdə zərərçəkmiş qismində ifadə verən yeniyetmə oğlan isə M.Hacıyev tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

Chosen
16
30
publika.az

10Sources