EN

Azərbaycanın stolüstü tennisçisi: MDB Oyunlarında məqsədimiz qızıl medal qazanmaqdır

Qəbələ, 26 sentyabr, AZƏRTAC

Sabah birincilik uğrunda mübarizə aparacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə keçirilən III MDB Oyunlarında kişilər arasında komanda yarışında finala vəsiqə qazanan stolüstü tennis üzrə Azərbaycan millisinin üzvü Onur Quluzadə deyib.

O, Rusiya ilə final qarşılaşmasında yaxşı performans göstərəcəklərini bildirib: “Özbəkistanı üstələyərək həlledici mərhələyə yüksəldik. Yarış çox yaxşı keçdi. Rəqib zəif deyildi. Amma biz daha yaxşı çıxışla üstün olduq. Sabah finalda Rusiya ilə üz-üzə gələcəyik. Məqsədimiz qızıl medal qazanmaqdır”.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Chosen
47
1
azertag.az

2Sources