EN

Litvanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Ajans.az xəbər verir ki,bu barədə ölkənin “Lrytas” qəzeti məlumat yayıb. "Bəli, o, xəstəxanadadır. Digər suallarınız üçün Santara Klinikasına müraciət etməyinizi tövsiyə edirəm. Mənim [keçmiş] prezidentin səhhəti barədə danışmaq səlahiyyətim yoxdur", – deyə Adamkusun mətbuat katibi bildirib. Məlumatlara görə, 98 yaşlı siyasətçi sentyabrın 25-i axşam saatlarında yoluxucu xəstəlik şübhəsi ilə xəstəxanaya aparılıb. Onun sonuncu dəfə ictimaiyyət qarşısına çıxışı sentyabrın 22-də — Litvalı iş adamı və Çilinin Litvadakı fəxri konsulu Rimtautas Vizgirdanın vida mərasimində baş tutub. Valdas Adamkus (əsl adı Voldemaras Adamkavičius) 1926-cı il noyabrın 3-də Litvanın Kaunas şəhərində anadan olub. O, iki dəfə — 1998–2003 və 2004–2009-cu illərdə Litvanın prezidenti vəzifəsini icra edib. Tarixi mənbələrə əsasən, İkinci Dünya Müharibəsi zamanı gənc Adamkus Litva Vermaxt bölməsi olan “Vətənin Müdafiə Qüvvələri”ndə xidmət edib. 1944-cü ildə həmin hərbi birləşmə ilə Almaniyaya çəkilən Adamkus, 1949-cu ildə ABŞ-a mühacirət edib və 1997-ci ilə qədər orada yaşayıb, ABŞ-ın dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb. Hazırda onun səhhəti ilə bağlı rəsmi məlumat verilməyib. Xəstəxanadan açıqlama gözlənilir.

 

Chosen
36
Ajans.az

1Sources