Beş il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi Fransa lideri Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darroy BFMTV- yə müsahibəsində bildirib.
"O, təqsirsizliyini nümayiş etdirmək istədiyi üçün əfv istəmək haqqında düşünmür", - vəkil bildirib. O, Sarkozinin cəzasının hüquqi baxımdan əsassız olduğunu bildirib.