İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lamin Yamal məşqlərə qayıdıb.
İdman.biz xəbər verir ki, bu barədə 18 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, o, avqustun 23-də La Liqada “Levante” ilə oyunda qasıq nahiyəsindən zədələnmişdi.
Xatırladaq ki, Lamin Yamal cari mövsüm İspaniya çempionatında üç matçda iki qol vurub və iki məhsuldar ötürmə edib.