EN

Xəzər dənizi niyə quruyur? - Rusiyadan açıqlama gəldi

Xəzər dənizinin suyunun səviyyəsinin həddindən artıq aşağı düşməsi son 30 ildə davam edir. Hazırda azalmanın bütün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Publika.az xəbər verir ki, roblemlə bağlı narahatlığı Rusiya Təbii Sərvətlər Nazirliyi TASS-a verdiyi məlumatda ifadə edib.

Nəşr Azərbaycan dövlətinin narahatlığını xüsusi vurğulayıb. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bu məsələyə toxunduğunu qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat: "Xəzər dənizi sürətlə kiçilir və bu prosesin əsas səbəbi iqlim dəyişikliyi deyil, ekoloji amillərdir. Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə toplantısında Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsinə diqqət çəkdim. Bu gün vəziyyət daha da pisdir. Dəniz sürətlə daralır. Bu problem iqlim dəyişikliyi ilə bağlı deyil".

Qeyd eədk ki, Prezident İlham Əliyev gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısının alınması üçün Xəzəryanı ölkələrin birgə səylərinin zəruriliyini vurğulayıb. O, Azərbaycanın bu problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Rusiya Təbii Sərvətlər Nazirliyi TASS-a problem haqda danışarkən deyib: "20-ci əsrdə ekstremal dalğalanmaların iki dövrü qeydə alınıb: 1930-cu ildən 1977-ci ilə qədər Xəzər dənizinin səviyyəsində 3 metr eniş, Baltik Hündürlük Sistemində (BHS) mənfi 29 metrə çatdı. 1978-ci ildən 1995-ci ilə qədər suyun səviyyəsi 2,4 metr artaraq HS2166-a çatdı. Xəzər dənizinin səviyyəsində daha bir enmə müşahidə olunub və Dövlət Hidrologiya İnstitutunun məlumatına görə, hazırda BHS-də mənfi 29 metrə çatıb”.

Agentlik vurğulayır ki, həm Rusiya, həm də beynəlxalq alimlərin apardığı araşdırmalar göstərir ki, Xəzər dənizinin su səviyyəsinə əsasən dənizin daxilində buxarlanma və yağıntılar və daxil olan çayların axması kimi iqlim amilləri təsir edir ki, bu da çay hövzələrində buxarlanma və yağıntılardan asılıdır.

“Eyni zamanda, ekspertlər müvafiq uyğunlaşma tədbirlərinin işlənib hazırlanması üçün iqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin hərtərəfli öyrənilməsinin davam etdirilməsinin zəruriliyi ilə razılaşırlar”, - deyə qurumun mətbuat xidməti qeyd edib.

Chosen
16
9
publika.az

10Sources