EN

Zərdabda hamilə avtomobildə uşaq doğdu Son vəziyyətləri

Medicina saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Zərdab rayonunda həkiməqədər doğuş hadisəsi yaşayan ananın və dünyaya gələn körpənin son vəziyyəti açıqlanıb.

Medicina.az xəbər verir ki, sentyabrın 25-i saat 10:30-da 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar RMX-nin Doğum evinə müraciət edib.

"Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.

Bu, qadının dördüncü hamiləliyi idi. Onun boyu 46 sm, çəkisi 2 kiloqram 300 qram olan oğlan övladı dünyaya gəlib. Tibb müəssisəsinin Doğuş şöbəsində yerləşdirilən zahıya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Zahı qadından və körpədən lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır.

Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir".

medicina. az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
5
icma.az

10Sources