Ermənistan parlamentinin sədri Alen Simonyan Konstitusiya islahatlarından əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü istisna etməyib.
NOCOMMENT.az axaraz-a istinadən xəbər verir ki, o, bu barədə Ermənistan mediasına bildirib.
“Konstitusiya dəyişikliyi prosesi Azərbaycanın tələbləri ilə bağlı deyil. Bu mövzuda müzakirələr hələ koronavirus pandemiyası başlamazdan əvvəl olub”, – o qeyd edib.
Simonyan müdafiə xərclərinin azaldılmasını Azərbaycan amili ilə əlaqələndirməyib:
“Obyektiv amillərə görə Ermənistan hərbi xərclər baxımından NATO-da ikinci böyük orduya malik olan Türkiyə, eləcə də Azərbaycanla rəqabət apara bilmir. Bu vəziyyətdə əsas şey vəsaitlərin rasional istifadəsidir”.