EN

Yasamalda idmançı qazilərlə görüş Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Yasamal Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr-Anım Gününə həsr olunmuş “İdman zalından 44 günlük Vətən müharibəsinə gedən yol” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH Aparatının məsul əməkdaşları, deputat Göydəniz Qəhrəmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və 44 günlük Vətən müharibəsinin qaziləri iştirak ediblər.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun rəisi İlham Səfərov Vətən Müharibəsində idmançılarımızın iştirakından və onların döyüşdə nümayiş etdirdiyi qəhrəmanlıqdan söhbət açıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 44 günlük Vətən müharibəsinin başlanğıcı olan 27 sentyabrın igid övladlarımızın fədakarlığının rəmzinə çevrildiyini qeyd edib.

Bildirilib ki, idmançılar idman meydanında qazandığı parlaq qələbələri Vətən uğrunda döyüş meydanında da davam etdiriblər. İdman zalında toplanan güc, iradə və dözümlülük 44 günlük müharibədə qəhrəmanlıq dastanına çevrilib. İdmançı qazilər həm idmanda, həm də döyüşdə qalib olublar – bununla da bütün Azərbaycan gənclərinə örnək göstəriblər.

Elşad Həsənov vurğulayıb ki,Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yetişən gənclər idmanda olduğu kimi, torpaqlarımızın azad olunmasında da böyük şücaət göstəriblər.

Vətən müharibəsi sübut edib ki, Azərbaycan xalqının birliyi, ordumuzun gücü və Ali Baş Komandanın qətiyyəti qarşısında heç bir qüvvə dayana bilməz.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Vətən müharibəsi iştirakçısı, karate üzrə 4 qat dünya və 2 qat Avropa çempionu Yusif Əhmədov,Vətən müharibəsi iştirakçısı, MMA üzrə 3 qat dünya, 2 qat Avropa çempionu Elçin Hüseynov və digər natiqlər 44 günlük Müharibədə Azərbaycanlı idmançıların cəsarətindən və onların zəngin həyat yolundan danışıblar.

Tədbir təltif etmə və xatirə fotosunun çəkilişi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
qafqazinfo.az

2Sources