Bakı, 26 sentyabr, AZƏRTAC
Beş il həbs cəzasına məhkum edilmiş Fransanın sabiq prezidenti Nikola Sarkozi ölkənin indiki prezidenti Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.
AZƏTAC xəbər verir ki, bu barədə Sarkozinin vəkili Jan-Mişel Darrua BFM telekanalına müsahibəsində bildirib. “O, təqsirsizliyini nümayiş etdirmək istədiyi üçün əfv istəmək barədə düşünmür”, - deyə vəkil vurğulayıb. Onun sözlərinə görə, Sarkozinin cəzası hüquqi baxımdan əsassızdır. Belə ki, müdafiə etdiyi şəxs iki əsas ittiham – seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi və korrupsiya ittihamları üzrə bəraət alıb.
Xatırladaq ki, dünən Paris məhkəməsi sabiq prezident Nikila Sarkozini 2007-ci il kampaniyası ilə bağlı 5 il həbs cəzasına məhkum edib.