EN

Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək - Məleykə Abbaszadə

Bakı. Trend:

Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcəkvə bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrətəhsillərini davam etdirəcək.

Trend xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarəHeyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindənorta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərininmüəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşəseçimi” alətinin təqdimat mərasimində jurnalistlərin suallarınıcavablandırarkən deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq vəboş qalan dövlət sifarişli yerlər açıqlanacaq.

"Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Buproses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətinayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir"-deyə o qeyd edib.

Chosen
81
9
az.trend.az

10Sources