Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda "yaşılenerji" sahəsində yeni layihələrin maliyyələşdirilməsində iştiraketməyə ümid edir.
Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Enerjisektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən “YaşılEnerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiriçərçivəsində Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpa olunan enerjilayihələrinin maliyyələşdirilməsində iştirak edib: "Bu layihələrinreallaşmasında AYİB 400 milyon ABŞ dollarına yaxın vəsait sərfedib. Digər maliyyələşdirən tərəflər də var, məsələn, ADB və başqakreditorlar. Gələcək layihələrə gəldikdə isə, bəli, bizdə müəyyənplanlar var. Ümid edirik ki, yaxın zamanda başqa layihələr dəmaliyyələşdiriləcək. Dəqiq rəqəm demək çətindir, amma sözügedənlayihələrin ümumi dəyəri, yəni kapital və digər maliyyəqurumlarının verdiyi kreditlər də daxil olmaqla 1 milyard ABŞdollarından çox olacaq".
"Hazırda Azərbaycanla müzakirədə olan bir neçə layihəmiz var.Ümid edirik ki, bu il və ya gələn il onların bir neçəsiniictimaiyyətə açıqlayıb müqavilələr imzalayacağıq", - deyə AYİbrəsmisi vurğulayıb.