EN

Luis Hemilton itinə görə azarkeşlərə səsləndi: Dua edin” FOTO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Formula-1” üzrə yeddiqat dünya çempionu Luis Hemilton Rosko adlı itinin sağlamlıq problemləri səbəbindən baytara aparıb.

İdman.biz xəbər verir ki, 40 yaşlı britaniyalı pilot "Ferrari" üçün çıxış edən 12 yaşlı buldoqu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Hemilton paylaşdığı fotoya “Bu qorxunc bir neçə saat idi, xahiş edirəm, Rosko haqqında düşünün və dua edin” şərhini əlavə edib.

Qeyd edək ki, Rosko ilk dəfə “Formula-1” padokunda bu il keçirilən Böyük Britaniya Qran-prisində görünüb. Hemilton əvvəllər də yaşlı itinin sağlamlığı ilə bağlı narahat olduğunu paylaşmışdı.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources