EN

Rusiya təyyarələri Latviya üzərindən uçdular –NATO qırıcıları qaldırdı

NATO qüvvələri Latviya sahillərində beş Rusiya hərbi təyyarəsini – üç MiQ-31, Su-30 və Su-35 aşkar edib.

AzPost “Bild”ə istinadən xəbər verir ki, NATO-ya görə, onlar beynəlxalq hava təhlükəsizliyi qaydalarını pozublar. Macarıstan qırıcıları təyyarənin qarşısını almaq üçün səmaya qalxıb.

Latviyanın müdafiə naziri Andris Sprids bəyan edib ki, Moskvanın hərəkətləri NATO-nun güclənməsinin zəruriliyini nümayiş etdirir.

Bundan əlavə, yerli “P4 Blekinge” nəşrinə görə, dünən axşam İsveçdəki Karlskrona hərbi dəniz bazası yaxınlığında naməlum PUA təyyarələr aşkarlanıb.

Ekstra Bladet-dən olan danimarkalı jurnalistlərin Danimarka sahillərində, Langeland adasından cəmi 12 kilometr aralıda radar siqnalı söndürülmüş Rusiyanın Aleksandr Şabalin desant gəmisini aşkar etməsi  gərginliyi daha da artırıb.

AzPost.az

Chosen
31
azpost.info

1Sources