Beş il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi Fransa lideri Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.
Busaat.az xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darroy BFMTV-yə müsahibəsində bildirib.
“O, təqsirsizliyini nümayiş etdirmək istədiyi üçün əfv istəmək haqqında düşünmür”, – deyə vəkil bildirib.
O, Sarkozinin cəzasının hüquqi baxımdan əsassız olduğunu bildirib. Həmçinin xatırladıb ki, müdafiə etdiyi şəxs iki əsas ittiham üzrə bəraət alıb: kampaniyanın qanunsuz maliyyələşdirilməsi və korrupsiya.
Yeganə