EN

Şəmkirdə küçədə yıxılan 67 yaşlı qadın ölüb

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1958-ci il təvəllüdlü X. Məmmədova küçədə yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Müayinə zamanı qadının öldüyü məlum olub. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

Chosen
65
4
apa.az

5Sources