EN

Bu şəxslər cəmi 3,4 qəpik işıqpulu ÖDƏYİR CƏDVƏL

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda elektrik enerjisinin qiyməti əhali və qeyri-əhali, həmçinin gecə və gündüzə bölünüb.Yəni elektrik enerjisinin 1kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,0, saat 22:00-dan 08:00-a qədər isə 3,4 qəpik müəyyən edilib.

Həmçinin, ölkəmizdə elektrik enerjisinin qiyməti əhali və qeyri-əhali qrupuna bölünüb. Tarif əhali üzrə aylıq istehlak həcmi 200 KVt/s olan hissə üçün 8,4 qəpik, 200 kVt/s-dan 300 kVt/s-adək olan hissə üçün 10 qəpik, 300 kVt/s-dan çox olan hissə üçün isə 15 qəpik müəyyən edilib.Qeyri-əhali üzrə tariflər isə sənaye və kənd təssərrüfatı 10,6, digər (o cümlədən, avtomobillərə elektrik enerjisinin satışını həyata keçirən elektrik doldurma məntəqələri) üzrə isə 12,5 hesablanıb.Bəs gecə-gündüz tarifləri kimlər üçündür?Turkustan.az xəbər verir ki, “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının Qərarına görə, gecə-gündüz qiymətləri əhali və qeyri-əhaliyə aid deyil.Belə ki, bu tariflər birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi və ferrosilisium istehsalı sahəsi üçün nəzərdə tutulub.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
2
icma.az

3Sources