EN

Azərbaycanın qadınlardan ibarət komandası FİNALA ÇIXDI

ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışına start verilib.

News24.az xəbər verir ki, ilk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistanı 2:1 hesabı ilə məğlub edib.

Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.

Azərbaycanın kişilərdən ibarət millisi isə bu gün 1/4 finalda Özbəkistanla görüşəcək.

Bu cütün qalibi yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

Yarımfinalın qalibləri ertəsi gün finalda üz-üzə gələcəklər. Məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq. (Report.az) 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
77
8
news24.az

9Sources