EN

” Zəngəzur dəhlizi multimodal layihə olaraq yeni enerji mənzərəsi yaradır” DEPUTAT

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Orta dəhlizin, o cümlədən onun bir seqmenti olan Zəngəzur dəhlizinin əhəmiyyətini artıran bir neçə mühüm amil var. Bunlardan biri təhlükəsizlik faktorudur və bu, Azərbaycanın səyləri nəticəsində ortaya çıxıb”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

“İkinci amil onun rentabilliyidir. Həm xərclər baxımından, həm də məsafənin qısalığı baxımından strateji əhəmiyyət kəsb edir.

Ən önəmli məqamlardan biri də onun multimodal layihə xüsusiyyətinə malik olmasıdır. Nəticə etibarilə həm Orta dəhliz, həm də Zəngəzur dəhlizi multimodal layihə funksiyasını yerinə yetirmək imkanına və potensialına sahibdir”-deyə deputat əlavə edib.

Elçin Mirzəbəyli onu da vurğulayıb ki, Xəzər üzərindən Mərkəzi Asiyanın enerji resurslarının daşınması və gələcəkdə qısa məsafədən çəkiləcək kəmərlərlə bu resursların həm Gürcüstan, həm də Zəngəzur dəhlizi istiqamətində nəql edilməsi nəticəsində tamamilə yeni enerji mənzərəsi formalaşa bilər.

O, deyib ki, bu, şübhəsiz ki, Azərbaycanda 1994-cü ildən başlayaraq həyata keçirilən strateji yanaşmanın nəticəsidir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
icma.az

1Sources