EN

Övladının cəsədini 20 il soyuducuda saxlayan qadın həbs edildi

Yaponiyada ağlasığmaz hadisənin üstü açılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 75 yaşlı qadının ölən qızının cəsədini 20 il evdə dondurucuda saxladığı məlum olub.

Yerli mətbuatın məlumatına görə, hadisə İbaraki prefekturasının Ami şəhərində baş verib. Çərşənbə axşamı qohumu ilə polisə müraciət edən Keiko Mori qızının cəsədini 20 il dondurucuda saxladığını etiraf edib.

Mori qızının adının Makiko olduğunu və 1975-ci ildə doğulduğunu bildirib:

“20 il əvvəl ölüb və cədəin qoxusu bütün evi bürüyüb. Ona görə də dondurucu aldım və cəsədi ora qoydum”, - deyə o söyləyib.

Morinin etirafından sonra polis onunla birlikdə evə gedib və dondurucuda üzü aşağı və diz çökmüş qadın cəsədinin tapıldığını açıqlayıb.

Hadisənin üstünün açılmasından sonra ana həbs olunub.

Cəsədin böyük ölçüdə çürüdüyü və ölümün dəqiq səbəbini müəyyən etmək üçün yarılma aparılacağı bildirilib.

Faktla bağlı ətraflı araşdırmalara başlanılıb.

Billurə
 

Chosen
56
1
olke.az

2Sources