EN

Gürcüstanda keçiriləcək yerli seçkilərlə əlaqədar 3 061 seçki məntəqəsi yaradılıb

Gürcüstanda oktyabrın 4-də keçiriləcək yerli seçkilərlə əlaqədar 3 061 seçki məntəqəsi yaradılıb. Onlardan 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində 10 məntəqə açılıb.

N.İoseliani deyib ki, seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri (seçicilərin 89,09%-i) elektron texnologiyalardan istifadə etməklə seçkilərdə iştirak edəcək. Daha 60754 seçici daşınan seçki qutusundan istifadə edəcək.

MSK rəsmisinin sözlərinə görə, bu il 47 minə yaxın gənc ilk dəfə səs verəcək.

Qeyd edək ki, Gürcüstanda yerli seçkilər oktyabrın 4-də keçiriləcək. Seçicilər növbəti dörd il üçün Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.

Chosen
13
2
ikisahil.az

3Sources