“Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı obraz kimi təqdim olunur. Lakin bunu onların layihələrində görmürük”.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu aktyor Elməddin Cəfərov Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kino simaları ilə keçirilən görüşdə deyib.
O, tədbir zamanı azərbaycanlı obrazların Türkiyə seriallarında pis göstərilməsini qınayıb: Sezar pizza
“Buna görə inciyirik. Azərbaycanlılar həmin layihələrdə süpürgəçi və ya buna bənzər obrazlarda təqdim olunur”.
E.Cəfərov daha sonra aktyor Berk Oktayın “Amma Kənan MM bizim serialda komandir kimi çəkilmişdi” sözlərinə cavab olaraq “həmin serialın sponsoru da azərbaycanlılar idi”, - deyib.
Həmçinin görüşdə türkiyəli aktyorlara Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb.
Türkiyəli sənətçilər bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşılır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər.
B.Oktay isə mövzu barədə danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır:
“Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. “Kızılcık şerbeti” serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Əgər yanlış anlaşılma olubsa, bu, heç vaxt qəsdən edilməyib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər. Bu səhnədən sonra daha diqqətli olacaqlarını söylədilər”.
Telegram kanalımız