EN

Deputat: Qanunlarda "əlilliyi olan" ifadəsini mərhələli şəkildə çıxarmalıyıq

Son vaxtlar “əlil” sözündən çox istifadə olunmur. Digər qanunlarda da "əlilliyi olan" ifadəsini mərhələli şəkildə çıxarmalıyıq.

 

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, artıq "sağlamlıq imkanları məhdud" ifadəsini qanunlara daxil etməliyik.

 

Deputat inklüziv təhsillə bağlı maraqlı məqamlara diqqət çəkib: “Bu gün Azərbaycanda 60-70 min sağlamlıq imkanı məhdud olan uşaq var. Dünyada hər doğulan 39 uşaqdan 1-də sağlamlıq imkanları məhdud şəkildə dünyaya gəlir. Azərbaycanda da artıq bu tendensiya var. Onlardan 12 minə qədər uşaq inklüziv təhsilə cəlb olunub, 7750-i evdə təhsil alır. Son rəqəmə görə, bizim 70-ə yaxın belə məktəbimiz var. Xüsusilə, bölgələrdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı problemlər yaşanır. Biz bu imkanları genişləndirmək, inklüziv təhsili təkcə Bakıda yox, bölgələrdə də genişləndirmək barədə düşünməliyik”.

 

APA

Tarix: 26 Sentyabr 2025, 13:36   
Chosen
8
5
pravda.az

6Sources