EN

Oğuzda ağac kəsiminə görə polis cinayət işi başladı

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Sitat.info"ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb. 
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
12
26
sitat.info

10Sources