EN

Oğuzda fıstıq ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq ağaclarının kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
7
azertag.az

10Sources