EN

Gürcüstan MSK: Seçicilərin 90%-i elektron qaydada səs verəcək

TBİLİSİ, 26 sentyabr. TELEQRAF

Gürcüstanda yerli seçkilər üçün 3 061 seçki məntəqəsi yaradılıb. Onlardan 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani keçirdiyi brifinqdə bildirib.

O, cəzaçəkmə müəssisələrində 10 məntəqənin açıldığını qeyd edib.

MSK rəsmisinin sözlərinə görə, seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri (seçicilərin 89,09%-i) elektron texnologiyalardan istifadə etməklə seçkilərdə iştirak edəcək.

“Bu il 47 minə yaxın gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 60 754 seçici daşınan seçki qutusu ilə bağlı sorğu ilə müraciət edib”, - N.İoseliani söyləyib.

Xatırladaq ki, Gürcüstanda yerli seçkilər oktyabrın 4-də keçiriləcək. Seçicilər növbəti dörd il üçün Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.

Chosen
4
teleqraf.com

1Sources