EN

Məhkəmə talassemiyalı xəstələrin pulunu mənimsəməkdə ittiham edilənlər barədə qərar verib

Bakı. Trend:

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləridələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova,Aynur Bayramova və Aysel Məmmədovanın barəsində olan hökmdənverilən apellyasiya şikayəti üzrə sonuncu məhkəmə prosesikeçirilib.

Trend xəbərverir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərarqəbul edilib.

Qərara əsasən, təqsirləndiriilən şəxslərin şikayəti təminolunmayıb. Zərərçəkən Aysel Abdullayeva və Kamil Əhmədovunşikayətləri isə qismən təmin olunub.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmünə əsasən, Nuridə Seyidova 8il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 aymüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşıdələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumatdaxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilibki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbirolaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarındansui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicəetdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə NuridəSeyidova həbs olunub. Məhkəmənij gedişində isə Aynur Bayramova vəAysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittihamirəli sürülüb.

Chosen
28
14
az.trend.az

10Sources