Bakı. Trend:
Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıqnövündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmalarıaparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağaclarıkəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirovsaxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsininmüvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.