EN

Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Mingəçevir su anbarında keçirilmiş növbəti reyd zamanı balıqovlama bileti olmadan qanunsuz ov edən bir qrup şəxs saxlanılıb. Yoxlama zamanı saxlanılan Yevlax rayonu Xanabad kənd sakinlərindən 2 ədəd dəmir qayıq, 4 ədəd avar, 51 ədəd sıf balığı, 191 ədəd şahmayı balığı, 8 ədəd çapaq, 10 ədəd daban balığı və 2 ədəd tor aşkar edilərək maddi sübut kimi götürülüb. Vətəndaşların qanunsuz ov nəticəsində təbiətə 8 715 manat dəyərində zərər vurduğu müəyyənləşib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində aparılan nəzarət tədbirləri zamanı qadağan olunmuş ov aləti - elektrik cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən Tovuz rayonunun Hunanlar kənd sakinlərindən bir ədəd rezin qayıq, 2 ədəd domca, 2 ədəd elektrik akkumulyatoru və 93 ədəd xramulya balığı maddi sübut kimi götürülüb. Təbiətə dəymiş ziyanın məbləği 1 023 manat qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb.
Ümumilikdə, qanunsuz balıq ovunun qarşısının alınması zamanı təbiətə 9 198 manat zərər dəyməsi müəyyən edilib.
Chosen
31
1
oxu.az

2Sources