Bakı. Trend:
2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105665 sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyinolunub.
Trend xəbər verir ki, bu barədə DSMF məlumatyayıb.
Bildirilib ki, ounun 52%-ni kişilər, 48%-ni isə qadınlar təşkiledib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində 101 minnəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq vəbirdəfəlik) və təqaüd təyin olunub. Bunun 53,73%-ni kişilər,46,27%-ni isə qadınlar təşkil edib.