BAKI, 26 sentyabr. TELEQRAF
Bəziləri Üzeyir Hacıbəylinin bizi Şərq musiqisindən ayırdığını düşünür, amma bu, doğru deyil.
Teleqraf xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" Beynəlxalq Forumunda deyib.
O bildirib ki, Üzeyir Hacıbəyliyə vaxtilə soldan da, sağdan da hücumlar olunurdu.
"Amma Üzeyir bəy böyük ustalıqla həmin zərbələri dəfə edib, aydın məqsədələrə doğru hərəkət etdi. O, sonda qələbə çaldı", - Z. Dadaşzadə əlavə edib.